ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bugünlərdə belə bir məlumat yayıldı ki, ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahının təhlükəsizlik zonası kimi tanınan ərazisinə girən kişi güllələnib.
BBC-nin xəbərinə görə, bu məlumatı Məxfi Xidmət yayıb. Həmin şəxsin şəxsiyyəti hələ açıqlanmayıb.
Bir qrup öyrədilmiş şəxs isə ABŞ Məxfi Xidməti tərəfindən təhlükəzilik zonası kimi tanınan və Azərbaycan Prezidentinin qaldığı otelə girməyə cəhd edir. Özünə etirazçı deyən həmin dəstə üzvləri isə sadəcə, Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən ərazidən uzaqlaşdırılırlar. Bundan sui-istifadə etməyə çalışanlar fərqə baxa bilərlərmi?”
Bunu “Cebhe.info” Xəbər Portalı və “Cümhuriyət” qəzetinin rəhbəri Rəfail Becanov deyib.
Onun sözlərinə görə, özünə etirazçı deyən bu öyrədilmiş, təxribatçı şəxslərin təkcə hərəkətləri deyil, danışıq tərzləri, söyüşləri ilə də ikrah doğurur:
“Belə etiraz hərəkəti olur? Dinc etiraz, şüar demək şəxsin hüququdur. Amma təxribat törətmək, xüsusi zonaya daxil olmaq, söyüş demək qanunun və hüquqi normanın qəsdən pozulmasıdır. Onların hərəkəti müqabilində Prezidentin Təhlükəsizlik Xidmətinın əməkdaşları çox humanist davarandılar.
Birmənalı belədir. Kim deyə bilər ki, bu təxribatçılar nə etmək istəyirdilər? Təbii ki, indi şüardan, etirazdan danışa bilərlər. Etiraz və şüar üçün normalar, məsafələr, səsgücləndiricilər var. Xüsusi zonaya girməyə cəhd etmədən də bunları etmək mümkün idi”.
R.Becanov bildirib ki, bu şəxslərin hərəkəti etiraz yox, xüsusi təxribat cəhdi idi:
“Dövlətin ən ali məqamına qarşı təxribat törətməyə cəhd edənlər bu etdikləri ilə bütün hədləri keçmiş sayılırlar. Onlara qarşı ən sərt şəkildə hərəkət edilməliydi və Təhlükəsizlik Xidməti isə son dərəcə humanist davrandı. Ancaq təxribat törətməyə çalışanları ərazidən uzaqlaşdırdı.
Bu dəstənin üzvlərinin yaydıqları videogörünütülərdən də aydın görünür ki, Prezidentin mühafizəçiləri şüarlar səsləndirən və şəkil çəkənlərə heç bir müdaxilə etmir.
Lakin bir daha xatırladaq ki, ABŞ-də Prezident Donald Trampın Mar-a-Laqodakı iqamətgahının təhlükəsizlik zonası kimi tanınan ərazisinə girən kişi güllələnib.
Dövlət riski sevmir. Dövlət sistemli və hərəkətli bir mexanizmdir. Prezident isə bu məqamın ən ali şəxsidir. Onun təhlükəsizliyi dövlətin təhlükəsizliyidir”.
“Cebheinfo.az”
Açar sözlər:
Tramp təxribatçılar Rəfail Becanov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.