AZ

WUF13-ə görə vergi güzəştləri tətbiq olunacaq

Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar vergi güzəştləri müəyyənləşib.

Sitat.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə vergi güzəşti tətbiq ediləcək.

Seçilən
0
14
sitat.info

10Mənbələr