AZ

Növbəti köç karvanları Ağdərənin kəndlərinə çatıb - Yenilənib

Ağdərə rayonunun yenidən bərpa olunan 4 yaşayış məntəqəsinə növbəti köç karvanları yola salınıb...

Ağdərə rayonuna daha 293 nəfər köçürülüb.

Poliqon xəbər verir ki, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb.

Məlumata əsasən, Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə), Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb.

Sakinləri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov salamlayaraq onları əlamətdar gün münasibətilə təbrik edib. Sonra mənzillərin açarları təqdim olunub.

“Böyük Qayıdış” proqramı çərçivəsində rayonun sosial-iqtisadi dirçəlişi istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.

***

Poliqon xəbər verir ki, növbəti köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinin keçmiş məcburi köçkün sakinləridir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış dövlət proqramı çərçivəsində Ağdərə rayonunun qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 10 ailə, 46 nəfər, Aşağı Oratağ kəndinə 29 ailə, 141 nəfər, Heyvalı kəndinə 17 ailə, 84 nəfər və Çapar kəndinə isə 7 ailə, 22 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Poliqon.info

Seçilən
8
4
poliqon.info

10Mənbələr