Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İnsan hüquqları bütün dünyada tapdalanır və tammiqyaslı hücuma məruz qalır.
Bizimyol.info xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu açıqlamanı verib.
"İnsan hüquqları bütün dünyada tammiqyaslı hücuma məruz qalır. Qanunun aliliyi güc aliliyinə yol verməyə məcbur edilir", - təşkilatın rəhbəri BMT-nin İnsan Hüquqları Şurasının (BMTİŞ) 61-ci sessiyasının açılışında çıxış edərkən bildirib.
Quterreşin sözlərinə görə, dünyanın müxtəlif bölgələrində insan hüquqları "qəsdən, strateji, bəzən hətta qürurla" pozulur. BMT-nin Baş katibi əlavə edib ki, insan hüquqlarına hücum gizli şəkildə deyil, açıq şəkildə həyata keçirilir və "çox vaxt prosesə ən böyük gücə malik olanlar rəhbərlik edir".
BMTİŞ-nin 61-ci sessiyası 23 fevral - 31 mart tarixlərində Cenevrədə keçirilir. Sessiyada Andorra, Belarus, Bolqarıstan, Honduras, Liberiya, Liviya, Malavi, Maldiv adaları, Marşal adaları, Monqolustan, Panama, Xorvatiya və Yamayka üzrə icmalların nəticələri təqdim olunacaq.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.