“Qarabağ”ın futbolçusu Sami Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la cavab matçından öncə Bakıdakı mətbuat konfransında deyib.
O, mərakeşli müdafiəçinin hazır olmadığını da söyləyib: “Hazır olanları heyətə salacağıq. Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib. Bəzən bu addımları atmaq lazımdır. Amma qaydalar çərçivəsində bunu həyata keçirmək lazımdır”.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu sabah saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.