AZ

“İran ABŞ ilə mümkün sazişin mətnini hazırlayır”

“İran hələlik ABŞ ilə mümkün sazişin mətnini hazırlayır”. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.  

“Biz hazırda öz mövqeyimizin formalaşdırılması mərhələsindəyik”, - diplomat brifinq zamanı deyib.

O, həmçinin ABŞ ilə danışıqlara dair müxtəlif məlumatları spekulyasiya adlandırıb. Bəqainin sözlərinə görə, Vaşinqtonla müvəqqəti razılaşmanın əldə edilməsi ehtimalı barədə iddialar əsassızdır.

"Cebheinfo.az"

Seçilən
0
1
cebheinfo.az

3Mənbələr