AZ

Salyanda iki ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Salyanda

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonunun Dayıkənd kəndində “Gölüstü” restoranında və Qaraçala qəsəbəsinin Arxarası kəndindəki “Çinar” kafesində bir sıra nöqsanlar aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. “Gölüstü” restoranında qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. “Çinar” kafesində isə qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.

Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək obyektlərdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.

Seçilən
0
3
1news.az

4Mənbələr