ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Fevralın 22-də Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqindəki Nangarhar və Paktika əyalətlərində çoxsaylı hava hücumları həyata keçirib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla 18 nəfər həlak olub.
İnsidentdə bütün ailə üzvlərini itirən əfqan kişinin hekayəsi ürəkləri dağlayıb. Hadisədən sonra yerli mediaya açıqlama verən kişi çarəsiz olduğunu ifadə edib.
Pakistan hökuməti hava hücumlarını sərhədin o tayından gələn Təhriki Taliban Pakistan (TTP) və İslam Dövləti – Xorasan əyaləti (İŞİD) ilə əlaqəli yaraqlıların "kəşfiyyat əsaslı hədəfə alınması" kimi müdafiə edir. Lakin Kabil administrasiyası hücumları qətiyyətlə pisləyərək, onları Əfqanıstanın suverenliyinin pozulması və mülki şəxslərin hədəfə alınması kimi xarakterizə edib./Unikal
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.