AZ

Albaniya hərbçiləri çətin dağlıq ərazilərdə təlimlərə başlayıblar

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 23 fevral, AZƏRTAC

Albaniyanın Silahlı Qüvvələri Quru Qoşunları və Xüsusi Əməliyyatlar Alayının bölmələri Monteneqronun Kolasin şəhərindəki xizək mərkəzində intensiv təlimlərə başlayıblar.

AZƏRTAC Albaniyanın ATA informasiya agentliyinə istinadla xəbər verir ki, təlimlər standart limitləri aşaraq, çətin dağlıq ərazilərdə əməliyyat və kəşfiyyat bacarıqlarını artırmağa yönəlib.

Albaniyanın müdafiə naziri Pirro Venqu təlimin peşəkarlığın yüksəldilməsi, fərdi avadanlıqların istifadəsi və düşmən ərazilərində infiltrasiya texnikalarının öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Təlim 10 gün davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr