
ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın şimal-şərqindəki əl-Hasake əyalətindəki Kasraq bazasından qüvvələrini çıxarmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Amerika qoşunları əl-Hasake əyalətindəki Kasraq bazasından İraq Kürdüstanına doğru geri çəkilməyə başlayıb.