AZ

ABŞ-də yenə qar fırtınası - Xəbərdarlıq edildi

ABŞ-nin şimal-şərqi güclü qar yağışının təsiri altına düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi şəxslər güclü qar və saatda 110 kilometrə çatan külək səbəbindən xəbərdarlıqlar edərək Nyu-York da daxil olmaqla bəzi şəhərlərdə məktəblərin qar səbəbilə tətil edildiyini bildirib.

ABŞ-ni təsir altına alan qar fırtınası nəqliyyatı pozub. Hava yolu şirkətləri minlərlə uçuşu ləğv edərkən rəsmi şəxslər vətəndaşlara məcbur olmadıqları halda yola çıxmamalarını tövsiyə ediblər.

Fırtınadan ilk təsirlənən sahələrdən biri hava nəqliyyatı olub. Uçuş izləmə saytı "FlightAware"in məlumatlarına görə, 5 mindən çox uçuş ləğv edilib.

Seçilən
1
manset.az

1Mənbələr