AZ

Suyun qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda suyun qiymətinin artacağı və yeni limitli ödəniş sisteminə keçiləcəyi ilə bağlı yayılan xəbərlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. İddialara görə yeni tariflər qaz istifadəsində olduğu kimi pilləli şəkildə tətbiq ediləcək. Təklif olunduğu deyilən yeni qiymətlərə əsasən 10 kubmetrə qədər olan istifadə üçün 1 manat 20 qəpik, 20 kubdan yuxarı isə 2 manat ödənilməsi nəzərdə tutulur.Demokrat.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mətbuat katibi Ceyhun Musaoğlu məsələyə aydınlıq gətirərək bu iddiaların əsassız olduğunu bildirib. O qeyd edib ki, suyun qiymətinin artırılması ilə bağlı hazırda hər hansı rəsmi məlumat və ya qəbul edilmiş qərar yoxdur. Agentlik rəsmisi bu mövzuda yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.Xatırladaq ki, ADSEA daha əvvəl də Tarif Şurasına suyun qiyməti ilə bağlı rəsmi müraciət etmədiyini açıqlamışdı. Hazırda qurumun daxilində sadəcə su ehtiyatlarından səmərəli istifadəyə dair dövlət strategiyasına uyğun olaraq müzakirələr aparılır. Bu müzakirələrin əsas məqsədi qiymət artımından çox, su itkisinin qarşısının alınması və resurslardan düzgün istifadənin təmin edilməsidir.Beləliklə rəsmi qurumun son açıqlaması göstərir ki, yaxın vaxtlarda su təminatında hər hansı kəskin qiymət dəyişikliyi gözlənilmir. Dövlət qurumları vətəndaşları yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyə çağırır.(globalinfo)Həmçinin oxu:

'SSRİ-nin Epşteyni' — Nazirin məmurlar üçün təşkil etdiyi gizli görüşlər və 18 yaşlı tələbələr... (FOTOLAR)

Hərbi qeydiyyatda yenilik: Valideynlər bu bildirişi gözləsin

Məzuniyyətə çıxmayanlara kompensasiya veriləcək — 4500 manat...Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
demokrat.az

1Mənbələr