Azərbaycan II Liqasında 2026-cı ilin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək XV turun ilk günündə 4 matç baş tutub.
Eyni vaxtda başlayan və hamısı bölgədə keçirilən görüşlərdə 3 xalı qonaqlar bayram ediblər.
"Araz-Saatlı" "Şirvan"a, “Kür-Araz” “Dinamo”ya, “Göygöl” “Quba”ya və “Ağdaş” “Ağstafa Gəncləri”nə uduzub.
Qeyd edək ki, turun iki oyunu sabah keçiriləcək.
Azərbaycan II Liqası
XV tur
23 fevral
“Araz Saatlı” – “Şirvan” 1:2
Qollar: X.Bədirov, 29 - X.Bədirov, 42-öz qapısına. Ülvi Quliyev, 90-pen.
“Kür-Araz” – “Dinamo” 2:4
Qollar: E.Məmmədov, 22-pen; 90+1. - V.Seyidov, 7; 37-pen; 80-pen. Ə.Abbasov, 77.
“Göygöl” – “Quba” 0:2
Qollar: V.Cəfərov, 57. İ.Azaxov, 90+3.
“Ağdaş” – “Ağstafa Gəncləri” 0:1
Qol: Ə.Bağırov, 27.