AZ

Avropanın ən zəngin ölkələri açıqlandı, Türkiyə sonunçu oldu

Dünya miqyasında geniş maliyyə xidmətləri göstərən ən böyük İsveçrə maliyyə holdinq şirkəti UBS Group AG Avropada orta təbəqənin illik gəlirini açıqlayıb.

News365.az xəbər verir ki, siyahıya İsveçrə başçılıq edir. Bu ölkədə orta təbəqənin illik gəliri 634min 584 avrudur. İkinci və üçün yerləri isə Luksemburq və Danimarka paylayır. Müvafiq olaraq bu ölkələrin orta təbəqəyə məxsus insanlarının illik qazancları 523.591 və 444.898 avrodur.

Açıqlanan siyahının sonuncu yerində Türkiyə qərarlaşıb. Qardaş ölkənin vətəndaşları il ərzində 29 min 923 avroluq gəlirlə avropada  ən az qazananlar olublar. Bir pillə yuxarıda olan Rumıniya vətəndaşlarının illik qazancı 44 min avrodan çoxdur.


Seçilən
9
news365.az

1Mənbələr