İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində növbəti köç reallaşıb.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə, ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb. Bu mərhələdə Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə), Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb.
ZÜMRÜD