AZ

Natiq Cəfərli: Azərbaycanda iqtisadi artımın zəifləməsinin əsas səbəbi hələ də neftin hasilatının azalmasıdır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

2026-cı ilin yanvar ayında Azərbaycanda iqtisadi və sosial göstəricilər plan və proqnozlarla uyğun gəlmədi. Ümumi daxili məhsul (ÜDM) illik 2.9% artım nəzərdə tutulsa da, faktiki artım 1.7% oldu. Eyni dövrdə qonşu ölkələr, məsələn, Gürcüstan və Ermənistan, daha yüksək artım tempi göstərərək iqtisadi inkişafda Azərbaycandan xeyli irəlidədir.Azərbaycanda kapital qoyuluşu və investisiyaların idarə olunmasında hansı əsas çatışmazlıqlar var?

İqtisadçı Natiq Cəfərli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda iqtisadi artımın zəifləməsinin əsas səbəbi hələ də enerji sektorudur, neftin hasilatı azalır və bu da ümumi göstəricilərə təsir göstərir. İqtisadçının fikrincə, amma bu, həm də onu sübut edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı nəzərdə tutulmuş hədəflərə çatmaq mümkün olmur.

Natiq Cəfərli

Natiq Cəfərli hesab edir ki, bunun da əsas səbəbi Azərbaycanda bir tək investisiya mühiti ilə və yaxud da digər məsələlərlə bağlı deyil: “Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda hökumətin əsas hədəfi büdcənin azalan gəlirlərinin yerini doldurmaq üçün müxtəlif vergi artımlarına getməkdir. Amma əsas hədəf belə olmalı deyil. Əsas hədəf iqtisadi aktivliyin artırılması olmalıdır. Bir çox ölkələrin təcrübəsi onu göstərir ki, əsas hədəf iqtisadi aktivliyin artırılması olanda, əksinə, vergilər aşağı salınır, rüsumlar aşağı salınır, təşviq proqramları qəbul olunur, aşırı tənzimləmə mexanizmləri zəiflədilir, daha rahat şərait yaradılır. 1-2 ildən sonra iqtisadi aktivlik daha da canlanır və büdcəyə daha çox vəsait daxil olur”.

Natiq Cəfərli bildirib ki, seçilmiş hədəflərin doğru olmaması belə bir nəticənin yaranmasına səbəb olur.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
bizimyol.info

1Mənbələr