AZ

ABŞ-nin ən böyük aviadaşıyıcısı Yunanıstan sularına çatdı

Bakı. Trend:

ABŞ hərbi dəniz donanmasının ən iri aviadaşıyıcısı hesab olunan“USS Gerald R. Ford” bir müddət əvvəl Yunanıstanın Krit adasınınsularına çatıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, gəminin Krit sahillərinə yaxıngörüntüləri “X” sosial şəbəkəsində yayılıb.

“Souda Bay” limanına aviadaşıyıcının daxil olduğunu əks etdirəngörüntülərdə onun ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstək bazasınamaddi texniki təchizat məqsədilə yan aldığı bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana hərbi zərbələrinendirilməsi variantını nəzərdən keçirdiyi bir vaxtda - fevralayının əvvəlində aviadaşıyıcı zərbəçi qrupun Yaxın Şərqəgöndərilməsi barədə göstəriş verib.

Məqalədə:
Seçilən
13
3
az.trend.az

5Mənbələr