Şəmkirdə 36 yaşlı kişi meyiti aşkarlanıb.

Leqal.info xəbər verir ki, rayonun Aşağı Seyfəli kəndində qeydiyyatda olan, Çinarlı qəsəbəsində yaşayan, 1990-cı il təvəllüdlü (36 yaş) Qurbanov Elçin Firudin oğlunun rayonun Abbaslı kəndi ərazisində meyiti tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info