AZ

Dieqo Simeone "İnter"lə ilkin razılıq əldə edib

Bakı, 23 fevral, AZƏRTAC

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda İtaliyanın “İnter” komandasına rəhbərlik edə bilər.

AZƏRTAC İspaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

Bildirilib ki, razılaşma La Liqanın XXV turunda “Atletiko”nun “Espanyol”u 4:2 hesabı ilə məğlub etdiyi oyundan sonra baş tutub. Milan klubu 55 yaşlı argentinalı mütəxəssisə birillik müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ilin dekabrından Madrid təmsilçisini çalışdırır və hazırda Avropanın “Top-5” liqasında ən uzun müddət eyni kluba rəhbərlik edən baş məşqçidir. Daha əvvəl onun klubun idman direktoru ilə münasibətlərinin qış transfer pəncərəsindən sonra pisləşdiyi və rəhbərliyin yeni baş məşqçi axtarışına başladığı barədə xəbərlər yayılmışdı.

Simeonenin “Atletiko” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Seçilən
10
azertag.az

1Mənbələr