AZ

ABŞ səfirliyinin 500 min dollarını mənimsəyən təsərrüat müdirinə hökm oxundu

Azpost saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin sabiq məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

Azpost.info APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rafiq Göyüşova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham edilir. O, ümumilikdə yarım milyon manatdan çox vəsaiti qanunsuz olaraq ələ keçirməkdə ittiham olunub.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
10
azpost.info

10Mənbələr