AZ

Yağıntılı hava nə qədər davam edəcək?

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fevralın 24-25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində çiskinli yağış proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 7–10 dərəcə isti təşkil edəcək.

Bu barədə "Unikal"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O deyib ki, bölgələrdə fevralın 24-də arabir yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Fevralın 25-də gündüz saatlarında yağıntılarda fasilə gözlənilir. Havanın maksimal temperaturu Aran rayonlarında 8–13, dağlıq ərazilərdə isə 0–5 dərəcə isti olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
7
unikal.az

10Mənbələr