AZ

700 balın üzərinə məktəb performans balı əlavə oluna bilər? - Ekspertdən AÇIQLAMA

Təhsil eksperti Ramin Nurəliyev təklif edib ki, universitetlərə qəbul zamanı ümumi 700 yekun balın üzərinə məktəb performans balı əlavə olunsun.

Redaktor.az-a təklifi şərh edən elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi ki, verilən təklif qarışıqlığın yaranmasına gətirib çıxaracaq təklifdir:

"Çünki bizim cəmiyyət, bizim ölkə hələ tövsiyə məktubuna, məktəb tərəfindən verilən hər hansı bir rəyə hazır deyil. Çünki burada müxtəlif yollarla həmin o rəyi almaq üçün kimlərsə nələrsə etməyə məcbur olacaq. Ona görə də açığı düşünmürəm ki, belə bir addım atılsın.

Qəbul imtahanında hər hansı bir dəyişiklik etmək istəyirlərsə, burada mənim fikrimcə dəyişiklik ola bilər ki, biz qəbul imtahanında fənlərin sayını minimallaşdıraq. Bunu etmək daha məntiqlidir. Gələcəkdə əgər bizim istədiyimiz cəmiyyəti formalaşdıra bilsək, ondan sonra əlbəttə ki, müvafiq olaraq şəxs haqqındakı o rəy digər xarici ölkələrdə olduğu kimi tövsiyə məktubu kimi müsbət məqam kimi xarakterizə oluna bilər. Yoxsa indiki vəziyyətdə buna o qədər də ehtiyac yoxdur".

Aytəkin TOFİQQIZI

Seçilən
17
redaktor.az

1Mənbələr