AZ

Bu ölkələr Ukraynaya 5 minə yaxın əsgər göndərəcək

Britaniya və Fransa Ukraynaya 5000-ə qədər əsgər göndərməyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. 

Ukrayna prezidenti qeyd edib ki, yerləşdirmə formatı müzakirə olunur, lakin bu bölmələrin dəqiq yeri hələ müəyyən edilməyib.

O əlavə edib ki, digər ölkələr də qoşun göndərməyə hazır olduqlarını bildiriblər, lakin tərəfdaşları cəbhə xəttində yerləşdirməyə hazır deyillər.

Zelenski, həmçinin, Ukrayna-Belarus sərhədində müttəfiq qüvvələrinin mövcudluğunun mümkünlüyünü təklif etdiyini, lakin hələlik heç bir cavab olmadığını bildirib.

Seçilən
6
50
unikal.az

10Mənbələr