AZ

“PAŞA Holding”in “Business Talks by PASHA Holding” platforması çərçivəsində ilk qapalı müzakirələr keçirilib

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“PAŞA Holding”in “Business Talks by PASHA Holding” platforması çərçivəsində ilk qapalı dəyirmi masa müzakirələri keçirilib.Müzakirələrin əsas mövzusu pərakəndə ticarət sektorunda nağdsız ödənişlərin inkişafı olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə həm pərakəndə ticarət sahəsinin korporativ nümayəndələri, həm də dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Belə ki, dəyirmi masada ölkənin iri supermarket şəbəkələrinə sahib olan “Azərsun Holdinq”, “Veysəloğlu” Şirkətlər Qrupu, “Avrora” Şirkətlər Qrupu, “Grandmart” və “PAŞA Holding”, eləcə də sözügedən şirkətlər qrupları daxilində fəaliyyət göstərən supermarketlərin rəhbərləri təmsil olunublar.

Bununla yanaşı, müzakirələrdə Azərbaycan Respublikası Baş Nazirinin köməkçisi, Azərbaycan Respublikası İqtisadi Şurasının katibi Fəxri İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, həmçinin millət vəkilləri Vüqar Bayramov və Tahir Mirkişili iştirak ediblər.

Dəyirmi masa müzakirəsi “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyinin sədri Araz İmanov tərəfindən moderasiya olunub.

Sessiya zamanı qaldırılan bütün məsələlər yekunlaşdırılaraq protokollaşdırılıb və müvafiq qurumlarla paylaşılması üçün hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
bakivaxti.az

1Mənbələr