AZ

Qətl hadisəsi törədilibVİDEO

Xəzər rayonu, Şüvəlan qəsəbəsində qətl törədilib.

Xezerxeber.az-ın məlumatına görə, avtomobildə bıçaqlanan 53 yaşlı kişi qaçıb canını qutarmaq istəyərkən küçədə ölüb.

Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, Lev Starçuk küçəsində 53 yaşlı İlqar Məmmədov bıçaqlanıb.

Dərhal əməliyyat qurpu hadisə yerinə gəlib və meyitə baxış keçirilib. Çox çəkməyib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanıb.

Məlumatlara görə, İlqar Məmmədovla İqor Lisenko dost olublar. İqorun anası Tatyana ehtimal edir ki, hadisə günü onlar birlikdə spirtli içki qəbul ediblər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
xezerxeber.az

1Mənbələr