AZ

UEFA Benfika nın futbolçusunu Real la oyun öncəsi diskvalifikasiya ETDİ

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UEFA-nın İntizam Komitəsi Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının pley-off mərhələsində "Real"la keçiriləcək cavab oyunundan kənarlaşdırıb.

Redaktor.az xəbər verir ki, qurumun açıqlamasına görə, Prestianni UEFA-nın ayrı-seçkiliklə bağlı intizam qaydalarını pozduğu üçün növbəti matçda oynaya bilməyəcək.

Bu qərar davam edən araşdırmanın nəticələrinə təsir etməyəcək.

Qeyd edək ki, Portuqaliyada keçirilən ilk oyunda "Kral klubu" 1:0 hesablı qələbə qazanıb. Matçda yeganə qolu vuran Vinisiusun irqçi təhqirə məruz qaldığı bildirib. İspaniya mətbuatı bu təhqirin Prestianni tərəfindən edildiyini yazıb. Cavab oyunu 25 fevralda Madriddə keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
redaktor.az

3Mənbələr