AZ

UEFA"Benfika"nın oyunçusunu cəzalandırdı

BAKI, 23 fevral. TELEQRAF

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) "Benfika"nın argentinalı yarımmüdafiəçisi Canluka Prestianini müvəqqəti olaraq rəsmi oyunlardan kənarlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Oyunçu "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Juniora qarşı mümkün irqçi təhqirlərə görə cəzalandırılıb. Portuqaliya klubu qərardan apelyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki,"Benfika" və "Real Madrid" arasında keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Prestianin Vinisiusu təhqir etdiyi üçün sonuncu hakimə yaxınlaşaraq onu məlumatlandırıb.

İspaniyanın ikinci yeri tutan "Real Madrid" Portuqaliya "Benfika"sını az fərqlə məğlub edib. Yeganə qolu braziliyalı hücumçu Vinisius Junior vurub. Cavab matçı 25 fevralda keçiriləcək.

Seçilən
31
1
teleqraf.com

2Mənbələr