AZ

Bukmekerlərin “Nyukasl” “Qarabağ” matçı haqqında proqnozu məlum olub

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fevralın 25-də Nyukasl-apon-Tayn şəhərindəki “Sent-Ceyms Park” stadionunda Çempionlar Liqası pley-off mərhələsinin ikinci oyunu keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

İdman.Biz bildirir ki, ilk oyunda “sağsağanlar” Ağdam klubunu 6:1 hesabı ilə məğlub ediblər.

Bukmekerlər ikinci oyunda ev sahibi komandaya üstünlük verirlər. “Nyukasl”ın qələbəsi üçün 1.12 əmsal təklif edir.

“Qarabağ”ın qələbəsi 13.0, heç-heçə isə 11.7 əmsalla qiymətləndirilir.

Analitiklər yüksək qollu nəticəyə əmindirlər. 2.5-dən az qol 3.70 əmsalla, 2.5-dən çox qol isə 1.28 əmsalla təklif olunur. Hər iki komanda qol vurarsa, əmsal 1.80 olacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

3Mənbələr