AZ

Millimiz Tacikistana UDUZDU

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxıb.

Bizim.Media xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
 

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız turnirdə 6-cı yeri tutub.


Qeyd edək ki, yığmamız turnirdə Rusiya (1:7) və Özbəkistana (1:3) uduzub, Belarusa isə 1:0 hesabı ilə qalib gəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
7
bizim.media

10Mənbələr