AZ

"Olimpiadada əldə etdiyimiz təcrübəni daha böyük uğurlara çevirmək istəyirik"

Azərbaycan idmançıları XXV Qış Olimpiya Oyunlarında əldə etdikləri təcrübəni növbəti illərdə daha böyük uğurlara çevirmək niyyətindədirlər.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan komandasının şef de-missionu Anar Bağırov Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında bildirib.

O, İtaliyanın Milan və Kortina d-Ampetso şəhərlərinin ev sahibliyi etdiyi yarışla bağlı fikirlərini bölüşüb:

"Azərbaycan komandasının şef de-missionu olaraq bildirmək istəyirəm ki, bu möhtəşəm idman bayramı həm təşkilatçılıq, həm də rəqabət baxımından yaddaqalan hadisələrlə zəngin oldu. İtaliya bu genişmiqyaslı yarışı yüksək səviyyədə təşkil etməyi bacardı. İki fərqli mərkəzdə keçirilməsinə baxmayaraq, logistika və idmançıların rahatlığı ən yüksək səviyyədə təmin olunmuşdu. Olimpiya Oyunlarının bağlanış mərasimi bu böyük birliyin və idman həmrəyliyinin yekunu oldu. Bu oyunlar bir daha göstərdi ki, qış idman növlərinin inkişafı üçün böyük potensial var və biz əldə etdiyimiz təcrübəni növbəti illərdə daha böyük uğurlara çevirmək niyyətindəyik".

Qeyd edək ki, Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma slalom növündə mübarizə aparıb. İdmançı iki cəhdin yekununa əsasən 2:09:15 saniyə nəticə ilə 95 nəfər arasında 51-ci olub.

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev isə qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Seçilən
0
1
90deqiqe.az

2Mənbələr