AZ

Mariya Stadnik Azərbaycan millisinin böyük məşqçisi təyin olunub

Qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb.

Güləş Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Mariya Stadnik U-17 və U-15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.

Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U-23 yığmasında, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.

Seçilən
0
20
90deqiqe.az

10Mənbələr