AZ

Eddi Hau: “Qarabağ”a qarşı qələbə qazanmaq üçün ən güclü futbolçuları seçəcəyik

Nyukasl, 23 fevral, AZƏRTAC

“Qarabağ”a qarşı qələbə qazanmaq üçün ən güclü futbolçuları seçəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, heyətlə bağlı qərar oyundan öncə veriləcək: “Heyətə baxacağıq və qələbə qazanmaq üçün ən güclü futbolçuları seçəcəyik. Məqsədimiz qalib gəlməkdir. Futbolçularla yaxşı ritmi qorumaq istəyirik”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
44
1
azertag.az

2Mənbələr