AZ

“Bu mövsümün ən yaxşı oyunlarımızdan biri "Qarabağ"a qarşı alındı”

 "Nyukasl"ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" ilə keçiriləcək cavab qarşılaşması öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ingiltərəli mütəxəssis səfərdə Azərbaycan təmsilçisinə qarşı yaxşı oyun nümayiş etdiklərini vurğulayıb:

“Çempionlar Liqasına yaxşı hazırlaşmışıq. Cari mövsüm qitənin ən nüfuzlu klub turnirində yaxşı oyunlarımız çox olub. Səfərdə ‘Qarabağ’a qarşı yaxşı çıxış etdik. Lakin həmin görüşdə mənim üçün tək nəticə vacib deyildi. Oyun baxımından da yaxşı mübarizə apardıq. Həmin matçda çox istəkli idik. Və qarşılaşmanın əvvəlindən sonuna qədər üstünlük bizim tərəfimizdə oldu. Düşünürəm ki, bu mövsüm ən yüksək səviyyəli oyunumuzu məhz ‘Qarabağ’a qarşı keçirmişik”.

Baş məşqçi cavab matçında da qələbə qazanmaq istədiklərini bildirib:

“Sabahkı matç üçün uyğun olan start heyətini seçəcəyik. Birinci məqsədimiz oyunu qazanmaqdır. Eyni zamanda, futbolçuların matç ritmini qoruması da vacibdir”.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada İngiltərə təmsilçisi 6:1 hesablı qələbə qazanıb.

Seçilən
0
9
90deqiqe.az

10Mənbələr