AZ

Narkobaron "El Menço"nun yeri sevgilisi vasitəsilə tapılıbmış

Meksikanın Müdafiə Nazirliyi ölkənin ən böyük və ən nüfuzlu kartellərindən biri olan "Xalisko Yeni Nəsil" kartelinin (CJNG) rəhbəri "El Menço"ya onun sevgilisi vasitəsilə çıxış əldə edib.

Moderator.az "El Debate"yə istinadən xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Rikardo Trevilya Trexo bildirib.

Hökumət orqanları həmin qadından və narkobaronun yaxın çevrəsindən olan bəzi şəxslərdən alınan məlumatlara əsaslanıblar.

T.Trexonun sözlərinə görə, Meksika və ABŞ-nin birgə kəşfiyyat fəaliyyəti nəticəsində narkobaronun hərəkət trayektoriyasını izləmək mümkün olub. Onun dediyinə əsasən, fevralın 20-də "El Menço"nun sevgilisinin yerləşdiyi məkan müəyyən edilib, növbəti gün isə həmin qadın obyekti tərk edib, lakin narkobaron mühafizəçiləri ilə birlikdə orada qalıb.

Həmin gün əməliyyatın keçirilməsinə hazırlıq başlanıb və nəticədə narkobaron zərərsizləşdirilib. "El Menço"nun saxlanılması üzrə əməliyyat fevralın 22-də baş tutub. Əməliyyat zamanı Meksikanın xüsusi təyinatlı qüvvələrinin döyüşçüləri cinayət təşkilatının üzvlərinin hücumuna məruz qalıblar. Atışma nəticəsində dörd silahlı şəxs hadisə yerində öldürülüb, daha üç nəfər, o cümlədən El Menço" ağır yaralanıb. Narkobaron Mexikoya aparılarkən yolda ölüb.

Seçilən
18
1
moderator.az

2Mənbələr