AZ

Ukrayna Almaniya vasitəsilə qaz idxalına başlayıb

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynanın "Naftoqaz" şirkəti Almaniya vasitəsilə mayeləşdirilmiş təbii qaz idxalına başlayıb. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə şirkət Telegram kanalında məlumat verib.Şirkətin baş direktoru Sergey Koretski açıqlamasında bildirib ki, Almaniyada yenidən qazlaşdırmadan sonra Naftogaz Polşa vasitəsilə Ukraynaya qaz çatdıracaq:"Bu resurs artıq fevral ayından bəri sistemimizdə mövcuddur. Bizim üçün bu, sadəcə yeni bir istiqamət deyil. Bu, etibarın və tərəfdaşlarımızla əlaqələndirilmiş işin nəticəsidir".Qeyd edək ki, Ukraynada qaz qıtlığı, Kiyevin "Qazprom"la müqaviləni yeniləməkdən imtina etməsi səbəbindən Rusiya qazının ölkənin qaz ötürmə sistemi vasitəsilə Avropaya tranziti 1 yanvar 2025-ci ildə tamamilə dayandırıldıqdan sonra yaranıb. Tranzitin dayandırılması Ukraynanın boru kəmərindəki təzyiqi saxlamaq üçün sənaye qazına olan tələbatını artırıb. Nəticədə, Kiyev Avropa bazarında yüksək qiymətlərlə yanacaq almağa məcbur olub. Ötən ilin yanvar ayının sonundan etibarən Ukraynanın "Naftoqaz" şirkəti alış həcmini davamlı olaraq artıraraq qaz idxalına başlayıb.Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
newscenter.az

2Mənbələr