AZ

Ukraynanın yenidən qurulması 588 milyard dollar tələb edəcək - Dünya Bankı

Bakı. Trend:

Ukraynanın müharibədən sonrakı bərpası üçün tələb olunanvəsaitin 10 il ərzində təxminən 588 milyard dollar olacağı ehtimaledilir.

Trend xəbər verir ki, burəqəmlər Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukraynahökumətinin birgə hazırladığı hesabatda öz əksini tapıb.

Qeyd olunub ki, 2025-ci il dekabrın 31-nə olan hesablamalaraəsasən, ölkənin tam bərpası növbəti on il ərzində təqribən 588milyard dollara başa gələcək. Hesabatda vurğulanır ki, bu göstəriciUkraynanın 2025-ci il üzrə nominal ümumi daxili məhsulunu (ÜDM)təxminən üç dəfə üstələyir.

Sahələr üzrə bölgüyə əsasən, nəqliyyat sektorunda bərpa işlərinə96 milyard dollar, energetika sahəsinə 91 milyard dollara yaxın,mənzil fonduna təxminən 90 milyard dollar, ticarət və sənayeistiqamətlərinə 63 milyard dollardan artıq, kənd təsərrüfatına isə55 milyard dollardan çox vəsait tələb olunur.

Sənəd müəllifləri bildiriblər ki, ərazilərin minalardantəmizlənməsi üçün 28 milyard dollara qədər maliyyə vəsaiti lazımola bilər.

Seçilən
13
az.trend.az

1Mənbələr