AZ

Xulian Alvares Barselona yolunda

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Dünya Kubokunun qalibi Xulian Alvaresin "Barselona"ya transfer olacağı ilə bağlı iddialar futbol gündəmini silkələyib.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi bu keçid üçün təxminən 70 milyon avro məbləğində transfer haqqı ödəməyə hazırlaşır.

Hazırda "Atletiko Madrid" formasını geyinən hücumçu bu mövsüm çıxdığı 35 rəsmi matçda 13 qol vurmaqla diqqət çəkib. O, həmçinin komanda yoldaşlarına 6 məhsuldar ötürmə verməklə hücum xəttindəki çoxşaxəli rolunu sübut edib.

"TyC Sports"un yaydığı bu məlumat azarkeşlər arasında böyük marağa səbəb olsa da, transferin rəsmiləşməsi yay pəncərəsində gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
fanat.az

2Mənbələr