AZ

Kraliça Hindistanda Ambanilərin qonağı oldu VİDEO (FOTOLAR)

ain.az bildirir, Unikal.az portalına istinadən.

İordaniya kraliçası Raniya Hindistana işgüzar səfəri çərçivəsində məşhur milyarder Mukeş Ambani ilə xanımı Nita Ambaninin qonağı olub.

"Unikal" xəbər verir ki, Raniya Ambaniları Mumbaydakı evlərində ziyarət edib.

Kraliça rəsmi İnstaqram səhifəsində "Dünən məni Mumbayda qonaq etdikləri üçün cənab Mukeşə və xanım Nita Ambaniyə dərin minnətdarlığımı bildirirəm. Dostluğunuz, mehribanlığınız və səxavətli qonaqpərvərliyiniz Hindistana səfərimi daha da yaddaqalan etdi" yazıb. 

Qeyd edək ki, Yeni Dehlidə keçirilən "Times Group 2026" Qlobal Biznes Sammitində iştirakı çərçivəsində Kraliça Raniya Əl Abdullah bir sıra səfərlər edib və bir sıra tədbirlərə qatılıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
unikal.az

2Mənbələr