AZ

Ukraynanın bərpasına 588 milyard dollar tələb olunur

Ajans.az xəbər verir ki, beynəlxalq qiymətləndirməyə əsasən, ölkənin yenidən qurulması üçün təxminən 588 milyard ABŞ dolları lazımdır. Məlumata görə, ən böyük maliyyə ehtiyacı nəqliyyat infrastrukturu, enerji sektoru və yaşayış fondunun bərpası ilə bağlıdır. Belə ki, nəqliyyat sahəsinə təxminən 96 milyard dollar, enerji sektoruna 91 milyard dollar, yaşayış evlərinin və sosial obyektlərin bərpasına isə 90 milyard dollar tələb olunur. Bundan əlavə, sənaye və ticarət sahəsinin dirçəldilməsi üçün 63 milyard dollar, kənd təsərrüfatının bərpası üçün isə 55 milyard dollar vəsaitə ehtiyac olduğu bildirilir.

Hesabatda qeyd olunur ki, Ukraynaya dəyən birbaşa zərərin həcmi 195 milyard dollar qiymətləndirilir. Lakin ümumi bərpa xərcləri bu rəqəmi xeyli üstələyir.

Seçilən
10
Ajans.az

1Mənbələr