AZ

"Hamımız inanırıq ki, "Xankəndi" üzərində qələbə qazanacağıq" -Qəzənfər Abbasov

2-ci Liqanın 15-ci turu şərikli liderlərin - "Qaradağ Lökbatan"la "Xankəndi"nin mübarizəsinə meydan olacaq. Rəqibini digər göstəricilərdə qabaqlayan qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb bu gün baş turacaq oyundan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çətin oyun olacağını bilirik. Buna baxmayaraq, meydana qələbə üçün çıxacağıq. Əlbəttə, işimiz yalnız "Xankəndi"yə qarşı oyunla bitmir. Bu matçdan sonra da ağır səfər qarşılaşmalarına yollanmalıyıq. Yəni yalnız bir matça yox, mövsümün qalan hissəsinə hazırlaşmışıq. Bütün oyunlarda qələbə qazanmaq istəyirik. Fasilədən sonra ilk rəqibimiz "Xankəndi"dir. Hədəfimiz dəyişməz qalır. Futbolçularıma güvənirəm. Hamımız inanırıq ki, "Xankəndi" üzərində qələbə qazanacağıq. 

Bu liqada iki-üç güclü komanda varsa, onlardan biri "Xankəndi"dir. Çox yaxşı kollektivdir. Heyətlərində Premyer Liqada oynamış futbolçular da var. Əksəriyyəti Birinci Liqada çıxış etməyə layiq oyunçulardır. Rəqibin baş məşqçisi dəyişib, yeni transferlər ediblər. Bu ağır oyunda qələbə qazanmağa çalışacağıq".

Nihat

Seçilən
2
1
fanat.az

2Mənbələr