AZ

Dneprdə Xocalı soyqırımının qurbanları anılıb

Kiyev, 24 fevral, AZƏRTAC

Ukraynanın Dnepr şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Dnepropetrovsk Azərbaycanlıları Liqasının Milli Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində diaspor fəallarımız iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, tanınmış tarixçi Eldar Tağıyev, diaspor fəalları Pərviz Əliyev və İqbal Zeynalov çıxışlarında vurğulayıblar ki, Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır və bu faciə heç vaxt unudulmayacaq. Qeyd edilib ki, harada yaşamağımızdan asılı olmayaraq, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və soyqırımına ədalətli hüquqi-siyasi qiymət verilməsi istiqamətində səylər davam etdiriləcək.

Sonra “Bazar günü məktəbi”nin direktoru Yaqut Bəşirova və şagirdlər Xocalı soyqırımına dair kompazisiyalar səsləndiriblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
14
1
azertag.az

2Mənbələr