Nikolayevdə 7 polisin yaralanması ilə nəticələnən bugünkü (dünənki - red.) partlayışın terror aktı versiyası yoxlanılır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
"İndicə hüquq-mühafizə orqanları əməkdaşlarının Nikolayevdəki partlayışla bağlı ilk açıqlaması oldu. Milli Polisin əməkdaşları zərər çəkib - 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Onlara lazımi yardım göstərilir. Bütün hallar araşdırılır. O cümlədən, terror aktı versiyası yoxlanılır", - Zelenski qeyd edib.
Daha əvvəl Ukrayna Milli Polisinin rəhbəri İvan Vıqovski bildirib ki, bu gün axşam Nikolayevdə işləməyən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində patrul polisinin yeddi əməkdaşı yaralanıb.