AZ

Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa TƏTBİQ OLUNDU

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Leni Yoro yol hərəkəti qaydalarını pozduğu üçün sürücülük hüququndan məhrum edilib.

Bizim.Media xəbər verir ki, "BBC Sport"un yaydığı məlumata görə, 20 yaşlı fransalı futbolçu Mançester polisi tərəfindən sürət həddini aşdığı üçün saxlanılıb.
 

Məhkəmənin qərarı ilə gənc oyunçuya 6 aylıq sürücülük qadağası qoyulub və o, 666 funt sterlinq məbləğində cərimə edilib.


Xatırladaq ki, Leni Yoro 2024-cü ildə 62 milyon avro qarşılığında "Lill"dən "Mançester Yunayted"ə transfer olunub.

O, "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 57 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

Seçilən
1
2
bizim.media

3Mənbələr