AZ

UTX: Lvovda terror aktı üzrə cinayət işində ikinci şübhəli var

Artıq həbs olunan şübhəli ilə yanaşı, Lvovda terror aktında ikinci şübhəli də var.

"Far.Az"un "Strana" nəşrinə istinadən məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəis müavini İvan Rudnitski məlumat verib.

Onun sözlərinə görə, bu, polisi partlayışın baş verdiyi mağazaya çağıran 18 yaşlı qızdır. "O, bildirib ki, göstərilən ünvanda oğurluq var və polis gəlməlidir", - Rudnitski deyib.

UNIAN xəbər agentliyinin məlumatına görə, artıq ikinci şübhəli saxlanılıb.

Daha əvvəl fevralın 22-də gecə Lvovda baş verən partlayış nəticəsində bir polis əməkdaşının öldüyü və onlarla insanın ağır yaralandığı bildirilib. "102" nömrəsinə şəhər mağazalarından birində oğurluq hadisəsi ilə bağlı zəng daxil olub. Patrul polisi bölməsi hadisə yerinə gəldikdən sonra partlayış baş verib, ikinci bölmənin gəlişi ilə daha bir partlayış olub.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) İdarəsi Cinayət Məcəlləsinin 258-ci maddəsinin 2-ci hissəsi (ağır nəticələrə səbəb olan terror aktı) üzrə araşdırma aparır.

Seçilən
21
far.az

1Mənbələr