AZ

Pentaqon Qrenlandiyaya hospital gəmisi göndərilməsi ilə bağlı göstəriş almadığını açıqlayıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Müharibə Nazirliyi Qrenlandiyaya tibbi yardım göstərmək üçün hospital gəmisi göndərilməsi barədə heç bir göstəriş almadığını açıqlayıb.APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, bu məlumat ABŞ Prezidenti Donald Trampın hospital gəmisinin artıq Qrenlandiyaya doğru yola düşdüyü barədə açıqlaması ilə ziddiyyət təşkil edir.

Qəzetin məlumatına əsasən, ABŞ-ın iki hospital gəmisi var – "USNS Comfort" və "USNS Mercy".Hazırda hər iki gəmi Alyaskada dokdadır."Comfort" gəmisində təmir işləri aparılır və onların yalnız aprel ayında başa çatacağı gözlənilir. "Mercy" isə 2025-ci ilin iyul ayından etibarən birillik texniki baxımdan keçir.

"The Wall Street Journal" qeyd edir ki, belə bir gəminin göndərilməsi halında Vaşinqton Danimarka hakimiyyətindən icazə almalı olardı.Bu icazə olmadan ABŞ gəmisinin Qrenlandiya limanına yan alması mümkün deyil.

Şənbə günü Tramp ABŞ-ın Qrenlandiya sahillərinə hospital gəmisi göndərəcəyini və gəminin artıq yolda olduğunu bildirmişdi.Danimarka və Qrenlandiya hakimiyyət orqanları isə bu təşəbbüsü rədd ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
apa.az

3Mənbələr