AZ

Brilliant Dadaşova: "Dünya meşə qanunları ilə idarə olunur" - VİDEO

Xalq artisti Brilliant Dadaşova son günlər televiziya ekranlarında, eləcə də sosial şəbəkələrdə tanınmışların bir-birini ittiham və təhqir etməsinə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Xalq artisti bu barədə sosial mediada paylaşdığı videomüraciətində deyib:
"Bu gün dünyanın meşə qanunları ilə idarə olunduğu bir vaxtda ölkəmizdə sakit şəkildə yaşayırıq. Ukrayna kimi ölkələrdə insanlar sağ qalıb yaşamasına sevinir. Əgər bu gün başımıza bomba yağmırsa, bunun dəyərini bilməliyik. Hökumət bunun üçün əlindən gələni edir. Televiziyalarımızdakı mədəniyyəti də hökumətimiz qorumalıdır? Televiziyalar buna riayət etməlidir. Hər şeyi hökumətdən gözləmək olarmı? Hökumət hər şeyə baxa bilər? Meşə qanunları ilə idarə olunan, dağılan dünyada biz sakit şəkildə evimizdə oturmuşuq, baxırsan ki, televiziyada bir-birini təhqir və təhdid edirlər. Bunlar nədir? Bütün bunları dayandırmaq lazımdır!"
Xatırladaq ki, ötən gün TikTok-da canlı yayım zamanı Xalq artisti Brilliant Dadaşova, müğənni Səidə Sultan və aparıcı Tarix Əliyev (Tolik) arasında efir müzakirəsi baş verib. Daha sonra Səidə Sultan və Tarix Əliyev arasında gərginlik yaranıb və tərəflər bir-birini təhqir və təhdid ediblər.

Seçilən
0
1
yenilik.az

2Mənbələr