AZ

7-ci mərtəbədən yıxılan uşağı bina nəzarətçisi xilas edib

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binasında baş verən hadisə ölkədə böyük rezonans doğurub.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Binanın 7-ci mərtəbəsində açıq pəncərənin qarşısında oynayan uşaq ehtiyatsızlıq nəticəsində aşağı yıxılıb.

Hadisə zamanı binanın girişində olan Özbəkistan vətəndaşı, bina nəzarətçisi uşağın pəncərədən düşdüyünü görərək dərhal hərəkətə keçib. O, 7-ci mərtəbədən düşən uşağı havada tutaraq ağır nəticənin qarşısını alıb.

Uşaq qısa müddət şok vəziyyəti yaşadıqdan sonra hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin rəyinə görə, uşağın bir ayağında sınıq aşkarlanıb.

Uşağı xilas edən bina nəzarətçisi də xəsarət alıb. Müayinə zamanı onun qabırğalarında sınıq olduğu müəyyən edilib. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Məlumata görə, uşaq autizm xəstəsidir. Onun atası bir il əvvəl vəfat edib. Anası isə hadisə baş verən zaman işdə olub və bu səbəbdən uşağı evdə tək qoymalı olub.

Hadisədən sonra bina nəzarətçisi Rusiyada qəhrəman kimi qarşılanıb və olay ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Seçilən
11
azedu.az

1Mənbələr