Yeddi nəfəri daşıyan tibbi təyyarə Hindistanın Carxand əyalətində qəzaya uğrayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, təyyarə Rançidən Yeni Dehliyə tibbi uçuş həyata keçirirmiş.
Agentliyin məlumatına görə, "Redbird Airways" şirkətinə məxsus "Beechcraft C90" təyyarəsi paytaxta yola düşüb, lakin havaya qalxdıqdan təxminən 23 dəqiqə sonra heyətlə əlaqə kəsilib və təyyarə radarlardan itib. Daha sonra onun ucqar, meşəlik əraziyə düşdüyü müəyyən edilib.
Qəza yerinə xilasetmə xidmətləri göndərilib, lakin çətin relyef əməliyyatı çətinləşdirir. Hakimiyyət orqanları qəzanın səbəbini araşdırmaq üçün araşdırmaya başlayıb.
Gülayə Mecid