Bu gün Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyun baş tutacaq.
Oxu.Az xəbər verir ki, “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edəcək.
Xatırladaq ki, ötən il dekabrın 8-də oynanılan “Qəbələ” – “Turan Tovuz” matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. Peşəkar Futbol Liqasının qərarına əsasən, qarşılaşma yeni oyun kimi keçiriləcək.
Qeyd edək ki, hazırda Tovuz klubu 37 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb.