AZ

İslam İnkişaf Bankı Azərbaycanda kənd təsərrüfatının inkişafına iri həcmli kredit ayırıb

Bakı. Trend:

İslam İnkişaf Bankı (IsDB) “Azərbaycan 2030: sosial-iqtisadiinkişafa dair Milli Prioritetlər” sənədinə uyğun olaraq, suvarmasuyunun itkilərinin əhəmiyyətli dərəcədə azaldılması və kəndərazilərinin dayanıqlı inkişafına dəstək vasitəsilə kəndtəsərrüfatı məhsuldarlığının artırılması məqsədilə Azərbaycana436,67 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti ayırıb.

Trend bu barədəbanka istinadən xəbər verir.

Qeyd olunur ki, layihə həmçinin “yaşıl” iqtisadi artımıntəşviqinə, iqlim dayanıqlığının gücləndirilməsinə və uzunmüddətliərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

“Təsdiqlənmiş layihələr İslam İnkişaf Bankının üzv ölkələrdədayanıqlı və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş stratejiyanaşmasını əks etdirir. İnfrastruktur, energetika, su ehtiyatları,nəqliyyat və sənaye inkişafı sahələrində əsas problemlərin həlli butəşəbbüslərin uzunmüddətli təsirini təmin edəcək və Dayanıqlıİnkişaf Məqsədlərinə (DİM) nail olunmasına mühüm töhfə verəcək”,-deyə məlumatda bildirilir.

Həmçinin vurğulanır ki, IsDB İcraçı Direktorlar Şurasının (BED)bankın prezidenti Məhəmməd Əl-Cəssirin sədrliyi ilə keçirilmiş364-cü iclasında bir sıra transformasiya xarakterli layihələr üçünümumilikdə 2,41 milyard ABŞ dolları məbləğində maliyyələşmənintəsdiq olunduğunu elan edib.

Məlumata əsasən, bu qərar Bankın regional əməkdaşlığıngücləndirilməsinə, iqtisadi inkişafın təşviqinə, o cümlədəniqlimyönümlü və ətraf mühitin qorunmasına yönəlmiş investisiyalarınartırılmasına, eləcə də üzv ölkələrdə Dayanıqlı İnkişafMəqsədlərinin təşviqinə sadiqliyini əks etdirir.

Seçilən
14
1
az.trend.az

2Mənbələr